Almaniyada əhalinin 44 faizi İslam dinini cəmiyyətin bir parçası hesab edir

Almaniyada  əhalinin 44 faizi İslam dinini bu ölkədə cəmiyyətin bir hissəsi və gündəlik həyatlarının bir parçası kimi görürlər. Bu Almaniyanın Forsa  Sosial Araşdırmalar İnstitutunun apardığı sorğunun nəticələrində göstərilib. 
Maide.az-ın “On Islm” xəbər saytına istinadən məlumatına görə, sorğu Almaniyanın keçmiş prezidenti Kristian Vulfun “Xristianlıqla yanaşı, bu gün İslam dini də Almaniyanın bir hissəsidir” sözləri əsasında aparılıb.  
Sorğunun nəticələrinə görə, Almaniyada yaşayan əhalinin 52 faizi sabiq prezident Kristian Vulfun bu sözləri ilə razılaşmadıqlarını deyiblər.  Lakin əhalinin 44 fiazi İslam dinini cəmiyyətin bir hissəsi olduğu qənaətindədirlər. 
Sorğuda həmçinin məlum olub ki, Almaniya əhalisinin 53 faizi İslamofobiya halları ilə ciddi mübarizənin aparılmasını istəyirlərlər. 
Sorğu Almaniyada yaşan müxtəlif yaşlı və siyasi baxışlı insanlar arasında aparılıb. 
Almaniyada təqribən 4 milyon müsəlman yaşayır ki, onların 220 min nəfəri Berlin şəhərindədir. 
Avropa ölkələri arasında Fransadan sonra Almaniya müsəlmanlar yaşayan ikinci ən böyük ölkədir. /
 

Google+ WhatsApp ok.ru