Dünyada Vəhdət həftəsi mərasimləri: Pakistan, Lahur - FOTO 22 Noyabr 2018 09:37 Dünya Pakistanın Lahur şəhərində Əhli-beyt (ə) aşiqlərinin izdihamlı yürüşü baş tutub. Maide.Az “ABNA”a istinadla xəbər verir ki, əziz Peyğəmbərin (s) mövlud günü və “Vəhdət həftəsi” münasibətilə təşkil olunan əzəmətli yürüşdə “Ürvətül-Vüsqa” Dini Elmi Hövzəsinin direktoru Əllamə Seyid Cavad Nəqəvi və Lahur şəhərinin müxtəlif təbəqələrdən olan əhalisi iştirak edib. Qeyd edək ki, Rəbiül-əvvəl ayının 12-indən (Noyabr ayının 20-i) etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik. İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Teqlər : #Dünyada,#Vəhdət,#həftəsi,#mərasimləri:,#Pakistan,#Lahur,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda ölənlərin sayı 65-ə çatıb ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO