Dünyanı bürüyən etiraz dalğasının miqyası böyüməkdədir

Dünyanı bürüyən etiraz dalğasının miqyası böyüməkdədir. Almaniyanın iki şəhərində aksiyalar təşkil edilib. ABŞ-da isə tələbələr irqi ayrı-seçkilyə qarşı birləşiblər.
 
Maide.az xəbər verir ki, Almaniyada  PEGİDA  tərəfdarlarının da analoji aksiyaları davam edir. Qərbin islamlaşdırılmasına qarşı olan  etirazçı kütlə, miqrant əleyhinə şüarlar səsləndiriblər. Həmçinin kansler Angela Merkelin istefasını tələb ediblər. Berlində isə  tələbələr  irqçiliyə qarşı maarifləndirmə aksiyası keçiriblər. Nümayişdə  dini və irqi ayrı-seçkilik pislənilib, terrorizm lənətlənib.
 
Amerika Birləşmiş Ştatlarında bir qrup tələbə dini və irqi ayrı-seçkilyə qarşı nümayiş keçirib. Onlar irqçiliyi pisləyən və "qaralar da insandır", "onların da həyatı var" kimi müxtəlif  şüarlar səsləndiriblər. Xalqı iqrçiliyə qarşı mübarizəyə səsləyiblər. Aksiya dinc şəkildə davam edib.
 
Nigeriyada minlərlə nümayişçi  küçələrə axışdı. Onlar qeyri-qanuni fəaliyyət göstərən radiostansiyanın həbs olunan üzvünün azadlığa buraxılmasını tələb ediblər. Aksiya insidentsiz başa çatıb.

Google+ WhatsApp ok.ru