Dünyanın 3-cü ən böyük məscidi bu il Əlcəzairdə  istifadəyə veriləcək

Dünyanın 3-cü ən böyük məscidi bu il Əlcəzairdə istifadəyə veriləcək

Məkkə və Mədinə şəhərlərindəki məscidlərdən sonra dünyanın 3-cü ən böyük məscidi bu ilin sonuna kimi Əlcəzairdə istifadəyə veriləcək. 
 
Məscidin layihəsini və inşasını çinli mütəxəssislər icra edir və tikinti  “Əlcəzair ilə Çin arasında dostluq rəmzi” rolunu oynayacaq.
 
“Məsciddə çox müasir kitabxana, 300 nəfərlik mədrəsə və xeyriyyə fondu nəzərdə tutulub”- deyə ölkənin mənzil kommunal xidməti nazirliyinin məsləhətçisi, yeni məscidin tikintisinə məsul Əhməd Mədani bildirib. (salamnews)

Google+ WhatsApp ok.ru