Dünyanın ən yaxşı 1000 universiteti - Azərbaycan yenə siyahıda yoxdur

Dünyanın ən yaxşı 1000 universiteti - Azərbaycan yenə siyahıda yoxdur

-- İslam Respublikasının 12, Türkiyənin 13, Rusiyanın...

Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu təhsil üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib.
 
Maide.Az qurumun saytına istinadən xəbər verir ki, siyahıda ABŞ universitetlərinin açıq fərqlə liderliyi nəzərə çarpıb.
 
Bu ölkənin 213 universiteti həmin siyahıda özünə yer tapa bilib. İlk 20 pillədə isə 16 ABŞ universiteti qərarlaşıb.
 
Maraqlısı budur ki, Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib.
 
Bundan başqa, qonşularımızdan İran İslam Respublikasının 12, Türkiyənin  13 , Rusiyanın 5 universiteti ən yaxşılar sırasına daxil edilib. Ermənistan və Gürcüstan da reytinqdə yer ala bilməyib. 
 
Qeyd edək ki, reytinq siyahısı təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında hazırlanıb.
 
 

Google+ WhatsApp ok.ru