Dünyanı təəccübləndirəcək möcüzəli kəşf (FOTO) 25 İyun 2015 01:00 Hərb Rusiyada istənilən hava və su gəmilərini pilotsuz idarə etməyə imkan verən sistem yaradılıb Rusiyada istənilən hava və su gəmilərini pilotsuz idarə etməyə imkan verən yeni texnoloji sistem yaradılıb. Bu barədə sistemin istehsalçısı, "Tayber" şirkətinin texniki direktoru Serqey Tısık bildirib. O deyib ki, xüsusi tətbiq üçün pilotsuz sistemi yaratmaq uzun prosesin nəticəsidir və indi, bu, çox lazımlıdır. Biz yeni sistemi hazırladıq və praktiki olaraq təyyarənin, vertolyotun və ya gəmilərin istismarında tətbiq etmək mümkündür. Onun sözlərinə görə, indi çox sayda aviasiya texnikası var, məsələn, Ka-26 vertolyotları. Onların bazasında pilotsuz sistem yaratmaq və həmin vertolyotlarla yükləri pilotsuz ölkənin şimalına göndərmək mümkündür. Bu, əvvəl bizim üçün iddialı plan idisə, hazırda reallıqdır. S.Tısık vurğulayıb ki, bu sistem dəniz qüvvələri üçün də vacibdir: "Məsələn, sərhəd katerlərini götürək. Güclü həyəcan vaxtı dənizə katerlə çıxmaq təhlükəlidir. Bu zaman yeni sistemi qurmaq olar və insanın iştirakı olmadan hadisə yerinə göndərilə bilər. O, bu sistemin fəaliyyət prinsipləri haqqında danışaraq deyib ki, bu sistem operatorun nəzarəti altında hərəkətli obyektin idarəetməsini uğurla öhdəsinə götürür. Bu sistemin təyyarələrdə quraşdırılması nəzərdə tutulub. (ans) Teqlər : #Dünyanı təəccübləndirəcək möcüzəli kəşf (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 84 dəfə pozub Qazaxıstan Xəzərdə irimiqyaslı hərbi təlimlər keçirir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'