Qazaxıstan Xəzərdə irimiqyaslı hərbi təlimlər keçirir

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Xəzərboyu yürüş keçirir.
 
Bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.
 
Gəmilər Rusiya, Azərbaycan, Türkmənistan və İranın Xəzərdəki ərazilərindən keçəcək.
 
Məlumatda bildirilib ki, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Kazaxıstan", "Oral" və "Sarıarka" raket-artilleriya gəmiləri iyunun 25-dən iyulun 2-dək Xəzərdə yürüş edəcək.
 
Gəmilər Xəzərdə hərbi təlim çərçivəsində üzən hədəfə atəş açacaqlar.
 
Məlumatda qeyd edilib ki, atış təlimləri Qazaxıstanın 217 və 244 saylı bölgəsində ərazi sularında gerçəkləşdiriləcək.
 
Təlimlərə 29011 saylı hərbi hissənin komandiri, 2-ci dərəcəli kapitan Kanat Niyazbekov komandanlıq edir.  

Google+ WhatsApp ok.ru