Əgər mədənin ağrımağını istəmirsənsə... 15 Noyabr 2018 14:56 Sağlamlıq İmam Rza (ə) buyurur: “Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”. Mədənin insanın üzərində olan haqqını tanıyaq. İmam Səccad (ə) buyurur: “Mədənin sənin üzərində olan haqqı odur ki, onu haram şeylərin qabı – istər az olsun, istərsə də çox – qərar verməyəsən. Bəlkə halal şeylərdə də qənaət edəsən və ehtiyacın olan qədərini istifadə edəsən”. Balıq yeməyin isə insana xüsusi faydası var. İmam Kazım (ə) buyurur: “Ət yemək, bədəndə ətin əmələ gəlməsinə səbəb olar. Ancaq balıq yemək bədənin ətini əridər və cismi arıq edər”. Aclıq – nəfslə mübarizədə ən yaxşı yardımdır. İmam Əli (ə) buyurur: “Aclıq – nəfsi əsarətə almaq və pis adətləri sındırmaq üçün ən yaxşı yardımdır”. (Tebyan) Şeytanın (lən) yolunu aclıqla bağlayın. İmam Əli (ə) buyurur: “Şeytan, Adəm övladının qanında axmaqdadır. Onun keçid yollarını aclıq və susuzluqla daraldın”. İnsanın xoşbəxtliyi də əzalarına nəzarətlə əlaqəlidir. İmam Səccad (ə) buyurur: “İnsanın səadət və xoşbəxtliyi – bədən üzvlərini və əzalarını hər cür çirkin əməldən qorumaqdır”. /deyerler.org / Teqlər : #Əgər,#mədənin,#ağrımağını,#istəmirsənsə..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almanın bu faydaları da varmış. Mütləq oxuyun! Əgər insan asta-asta gəzməyə başlayırsa, bu...
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir