Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi oldu

Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi oldu

3 iyun 2022-ci ildə Səbail rayon məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbsinin ev dustaqlığı və ya girovla əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
 
 Bu barədə Maide.az-a vəkil Cavad Cavadov məlumat verib.
 
 O, bildirib ki, İlkin Rzayevin sədrliyi ilə keçən məhkəmə prosesində Sərdar Babayev özü də iştirak edib. Şeyx Sərdar ona qarşı irəli sürülən ittihamları əsassız hesab etdi, özünü təqsirli bilmədi  və müdafiə tərəfinin verdiyi vəsatəti də müdafiə etdi. Buna baхmayaraq məhkəmə vəsatəti təmin etməyib.  
 
Vəkil bildirib ki,  bu barədə apellyasiya şikayəti veriləcək. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin ilkin həbsi ilə bağlı (2017- 2020-ci il 3 illik həbs) şikayət artıq Avropa  İnsan Haqları Məhkəməsinə göndərilib və qeydə alınıb.
 
@MaideTV

Google+ WhatsApp ok.ru