Ruhani Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasından 1 il ötür

Ruhani Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasından 1 il ötür

Ruhani Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasından 1 il ötür 
 
Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənli 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb, barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
 
2021-ci ilin oktyabr ayının  27-də Bakı Apellyasiya Məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbs olunması haqda qərardan verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, ruhaninin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanıb.
 
Mətbuata Şeyx Sərdarın barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçildiyi bildirilsə də, sonradan məlum oldu ki, Şeyx Sərdar Hacıhəsənli haqqında 4 aylıq deyil,  2 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. 
 
30  dekabr 2021-ci il tarixində Şeyx Sərdar Hacıhəsənlinin həbs müddəti  5 ay müddətinə 2022-ci lin aprel ayının 14-dək uzadılıb. Bu qərardan aprellyasiya şikayəti verilib, şikayət təmin edilməyib.   
 
Daha sonra 2022-ci ilin aprel ayının 14-də Səbail rayon məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbs müddətinin daha bir dəfə uzadılmasına dair məhkəmə iclası keçirilib. Məhkəmədə Şeyx Sərdarın həbs müddəti 5 ay - 2022-ci ilin sentyabr ayının 19-dək artırılıb.
 
2022-ci ilin sentyabr ayının 16-da ruhani Şeyx Sərdar Hacıhəsənli haqqında həbs qətimkan tədbirinin müddəti daha bir dəfə  6 ay – 2023-cü ilin mart ayının 19-na qədər uzadılıb. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli 2021-ci ilin oktyabrın 19-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.  Ancaq ruhani Şeyx Sərdar özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Şeyx Sərdar Hacıhəsənli özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir. İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib.
 
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli 2017-ci ilin fevralında cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. Şeyx Sərdar Hacıhəsənli 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı. 
 
@MaideTV

Google+ WhatsApp ok.ru