Sənin dualarına ehtiyacımız var, Ağa! - VIDEO

Sənin dualarına ehtiyacımız var, Ağa! - VIDEO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei

Ey İmam-Zaman! Ey vəd edilmiş Mehdi (ə.c) - bu ümmətin sevimlisi!
Ey peyğəmbərlərin pak nəsli!
Ey bütün təkallahçı və cahanşümul inqilabların mirası!
Xalqımız əvvəldən sənin adın və xatirənə öyrəşib. Öz həyatı və varlığında sənin lütfünü sınayıb!
 
Ey Allahın layiqli və saleh bəndəsi!
Biz bu gün bir duaya möhtacıq ki, sən pak olan ilahi və rəbbani qəlbinlə və müqəddəs ruhunla bu xalqın və İnqilabın qələbəsi üçün dua edəsən.
Allahın sənin vücudunda qoyduğu güclü əlinlə bu millətə və bu ümmətin  yoluna kömək edəsən!
 
عَزيزٌ عَلَينا أَن نَرى الخَلقَ وَ لاثری
"Bizə çox ağırdır ki, hamını görək, səni isə görməyək!""
 
Ey İmam-Zaman! Bizə çox ağır gəlir ki, bu dünyada - salehlərə və ilahi bəndələrə məxsus bu sonsuz təbiətdə Allah düşmənlərini görək, Onun düşmənlərinin varlığının izlərinə toxunaq, lakin səni görməyək və səni yaxından ziyarət etməyək!
 
@MaideTV

Google+ WhatsApp ok.ru