'İndiyədək ittiham tərəfinin  şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib'

'İndiyədək ittiham tərəfinin şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib'

"İndiyədək ittiham tərəfinin  şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib"
 
Maide.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar  Hacıhəsənlinin  növbəti məhkəməsi  keçirilib.
 
Məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, indiyədək ittiham tərəfinin  şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir. 
 
Xatırladaq  ki, növbəti məhkəmə iclası Sentyabr ayının 7-i, saat 10:30-da keçiriləcək.
 
@MaideTV

Google+ WhatsApp ok.ru