Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub:
 
Üç şey istər maddi və istərsə də mənəvi çətinlik, sıxıntı, problem və müşküllərin həlli üçün çox böyük təsirə malikdir:
1). Qoyun qurban kəsib fəqirlərə və yoxsullara paylamaq. Fəqirləri doyurmaq üçün tökülən qurbanlıq qanı çox bəla və çətinlikləri ortadan götür. 
 
2). Kisa hədisi oxumaq və dua etmək. “Bəla dalğalarını dua ilə qaytarın” (hədis).
 
3). 14 min salavat zikr etmək - (və bu salavatların savabını peyğəmbərlərin, saleh insanların, övliyaların, şəhidlərin, vəsilərin, imamların, möminlərin və öz ölənlərinin ruhuna hədiyyə etmək). Bu 14 min salavatı qrup halında və bir neçə məclisdə də demək olar, mütləq bir nəfərin deməsi və bir dəfəyə deyilməsi şərt deyil.
 
Ölənlər üçün salavat zikr etməyin çox müsbət xüsusiyyətləri və faydaları var. Bəzən mən (müşküllərin həlli üçün) ölənlərə salavat hədiyyə edirəm, çox təəccüblü təsiri və nəticəsi olur. 
Bir dəfə yuxuda gördüm ki, (tanıdığım insanlardan) bir nəfər bərzəx aləmində bir neçə əzaba giriftar olub. Ona bir qədər salavat zikri hədiyyə etdim. Sonradan ikinci dəfə yuxuma gəldi, gördüm ki, əlhəmdulillah, salavatların savabı ona nicat verib.
Bir nəfər deyirdi ki, anam rəhmətə gedəndən sonra onu yuxuda gördüm. Anam yuxuda mənə dedi ki, oğlum, heç bir şey salavat qədər mənim ruhumu şad etmir, mənə göndərdiyin ən yaxşı hədiyyə salavat zikridir.
 
@MaideTV

Google+ WhatsApp ok.ru