Ruhanilər Şeyx Sərdar Hacıhəsənli, Qədir Məmmədov  və Cəlal Şəfiyev saxlanılıb

Ruhanilər Şeyx Sərdar Hacıhəsənli, Qədir Məmmədov və Cəlal Şəfiyev saxlanılıb

Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri, Maide.Az saytının baş redaktoru ruhani Sərdar Babayev (Hacıhəsənli), Maide.Az saytının redaktorları Cəlal Şəfiyev və  Qadir Məmmədov, elə cə Maide.Az saytının əməkdaşları Əli Musayev  və Təmkin Cəfərov saxlanılıb.
 
Həmin şəxslərin yaxınları bildirib ki, onları oktyabrın 19-da saat 16:17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb: "Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar".
 
Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
 
  

Google+ WhatsApp ok.ru