Qurani-Kərimdə xeyir nümunələri

Qurani-Kərimdə xeyir nümunələri

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir:
1-Oruc:
وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
“...Oruc tutmaq (çətin və məşəqqətli olsa da,) sizin üçün daha yaxşıdır, əgər bilsəniz.” (“Bəqərə” / 184.)
 
2-İnfaq (Allah yolunda xərc etmək):
يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ
“Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: “(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz, Allah etdiyiniz hər bir yaxşı işi bilir.” (“Bəqərə” / 215.)
 
3-Sülh və barışıq:
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلاَ جُنَاْحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ
“Əgər bir qadın öz ərinin itaətsizliyindən, ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh (və barışıq) daha yaxşıdır...” (“Nisa” / 128.)
 
4-Təqva:
يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْءَاتِكُمْ وَرِيشًا وَلِبَاسُ التَّقْوَىَ ذَلِكَ خَيْرٌ
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır...” (“Əraf” / 26.)
 
5-İlahi rəhmət:
وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
“...Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.” (“Zuxruf” / 32.)
 
6-Hikmət:
وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا
“...Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir....” (“Bəqərə” / 269.)
 
7-Tövbə:
فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ
“...Əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır... ” (“Tövbə” / 74.)
 
8-Alış-verişi tərk edib cümə namazına getmək:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.” (“Cümə” / 9.)
 
9-İlahi ruzi:
وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى
“...Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.” (“Taha” / 131.)
 
10-Cihad:
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ
“Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir...” (“Bəqərə” / 216.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru