Bu maddədən istifadə xərçəngə və sonsuzuğa səbəb olur 24 Sentyabr 2020 11:15 Sağlamlıq Dopinqin bir növü olan anabolik steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genefond və demoqrafik problemlərə gətirib çıxarır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransında deyib. O qeyd edib ki, steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır: “Göründüyü kimi steroidlərdən istifadənin fəsadları yalnız ondan istifadə edən şəxsin sağlamlığını yox, ümumilikdə cəmiyyətimizi və gələcəyimizi təhlükə altında qoyur. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir”. Ş.Hüseynli qeyd edib ki, bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır: “Geniş əhali üçün nəzərdə tutulmuş və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra fitnes mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir. AMADA tərəfindən cavanlar arasında keçirilən sorğunun nəticəsində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60%-nə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər. Bundan əlavə steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb. Ölkəmizdə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir. Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə aktiv qoşulması vacibdir. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. İctimaiyyətin bu cür məsələlər üzrə məlumat əldə etdikləri zamanı, hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat bildirmələri bu mübarizəyə böyük töhfə verə bilər. Sağlam cəmiyyət və sağlam gələcək üçün bu mübarizədə bütün səylərin birləşdirilməsi vacibdir”. Teqlər : #maddədən,#istifadə,#xərçəngə,#və,#sonsuzuğa,#səbəb,#olur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Payız qəmginliyinin öhdəsindən gələ biləcək qidalar Dünyada hər 5 dəqiqədən bir 100 nəfər bu xəstəlikdən ölür Sağlamlıq Yerdə maqnit qasırğası başlayıb Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST İkinci doza vaksini vurdurmayan şəxslərə verilən möhlət məlum olub Azərbaycanda son sutkada 802 nəfər yoluxub, 31 nəfər vəfat edib Tibbi hədislər: Soğanın faydası Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma Xəstədə 14 gün bitdikdən sonra şikayət yoxdursa, tam sağalmış hesab olunur - SN Smartfon vasitəsilə xəstəliklərin diaqnozu üçün cib ultrasəs aparatı yaradılıb Virusdan sağalanlara xəbərdarlıq: ‘Bu hallar varsa, həkimə müraciət edin’ Tibbi hədislər: Mərcimək sıyığı 20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır? Səhiyyə Nazirliyi: Bu ilin 11 ayında Azərbaycanda İİV-ə 494 yoluxma halı təsdiqlənib Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB Baş infeksionist: Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq Yaxşı yata bilmək üçün, tövsiyələrə əməl edin Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir? Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Alimlər koronavirusa qarşı 90 faiz effektivliyə malik vaksin hazırlayıblar Gözlər xəstəliyin aynasıdır Qrip virusu nəyin səthində daha çox qalır? BU QİDALAR sümük əriməsinin qarşısını alır Osteoporozun qarşısını alan qida maddələri Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb Piylənmə COVID-19-dan ölüm riskini artırır İsveçli alim sklerozun inkişafı haqda danışıb Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub QARA ZİRƏnin saymaqla bitməyə faydaları Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir Əllərin yuyulması və təmiz saxlanılması gigiyenanın ən vacib tələblərindən biridir Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir - Alimlər Ən təhlükəli qan qrupu hansıdır? Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər Rusiya alimləri psixoloji xəstəliklərin müalicəsinin mümkün yollarını müəyyən ediblər Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər Qriplə soyuqdəymənin fərqi bu imiş
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir