Hava kirliliyi ömür müddətini 2 il azalda bilər 18 Avqust 2020 10:02 Sağlamlıq Hava kirliliyi cəmiyyətin sağlamlığı üçün siqaret çəkmək və vərəmdən daha təhlükəlidir. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, pis ekologiya insanların ömür müddətini 2 il azaldıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hava kirliliyi hər il 4,2 milyon nəfərin öülümünə səbəb olur. Xüsusilə avtomobillərdən, inşaat avadanlığı və digər mənbələr tərəfindən ətraf mühitə yayılan hissəciklər daha təhlükəlidir. Araşdırma müəllifləri 2010-2016-cı illərdə planetdəki havanın necə dəyişdiyini təhlil edib. Məlum olub ki, dünya əhalisinin 55,3%-i havanın keyfiyyətinin daim pisləşdiyi bölgələrdə yaşayır. Bəzi bölgələrdə çirkləndiricilərin tərkibi üçün standartlar ardıcıl olaraq beş dəfə aşılıb. Alimlər Çində 2013-cü ildən bəri hissəcik maddələrinin çirklənmə səviyyəsinin 40% azaldığını, Hindistan, Nepal və Banqladeşdə isə 44% artdığını qeyd ediblər. Bu ölkələrdə ömür uzunluğunu beş il azalda bilər. Koronavirus pandemiyası zamanı tullantıların miqdarı bir qədər azalmasına baxmayaraq, alimlərin fikrincə, məhdudlaşdırıcı tədbirlər praktik olaraq ən təhlükəli maddələrə (hissəciklər və ozon) təsir göstərməyib. Bu səbəbdən də alimlər ətraf mühitin pozulmasına qarşı mübarizə aparmaq üçün davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər. Teqlər : #Hava,#kirliliyi,#ömür,#müddətini,#azalda,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Oturaq iş zərərlidir. Bəs bu zərəri necə azaldaq? Evdə əsas bakteriya mənbəyi məhz bu otaq imiş
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir