Kişilərdə erkən ölümlərin səbəbi nədir? 08 Sentyabr 2020 15:31 Sağlamlıq Kişilərdə bir sıra xəstəliklərin, habelə erkən ölümlərin mümkün səbəbi D vitamininin qanda az olmasıdır. Löven Katolik Universitetinin əməkdaşları 40-79 yaş həddində olan 1 970 kişini müayinə edərək D vitamini metabolitlərinin səviyyəsini cari sağlamlıq göstəricilərilə müqayisə ediblər. Bu zaman yaş həddi, bədən kütləsi indeksi, tütün məmulatlarına aludəçiliyi, əhvalı nəzərə alınıb. Nəticədə metabolit səviyyəsinin ürək-damar, xərçəng, osteoporosis (sümük kövrəkliyi) kimi xəstəliklər, habelə erkən ölüm risqinin artması ilə bağlı olduğu üzə çıxıb. Həmçinin səhhətlə bağlı gələcək fəsadları D vitamininin fəal metaboliti olan 1,25 dihidroksivitaminlə yox, əlahiddə 25 dihidroksivitaminlə təyin ediləcəyi vurğulanır. /Report / Teqlər : #Kişilərdə,#erkən,#ölümlərin,#səbəbi,#nədir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır Keşnişin faydaları: Qan təzyiqindən əziyyət çəkənlər diqqətli olun
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir