Konqoda qəbilə müharibəsi - 3 gündə 890 nəfər öldü 17 Yanvar 2019 09:11 Dünya Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətinin Yumbi bölgəsindəki 4 kənddə iki qəbilə arasında atışma olub. Maide.Az “Euronews”a istinadən xəbər verir ki, Banunu və Batende qəbilələrinin üzvləri arasındakı 3 günlük atışmada 890 nəfər ölüb, 82 nəfər yaralanıb. Həmçinin, iki məktəb, iki səhiyyə ocağı, bazar və seçki məntəqəsi də daxil olmaqla ümumilikdə 485 ev və bina yandırılıb və ya yağmalanıb. Atışma səbəbindən 16 min nəfər evindən didərgin düşüb. BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baxelet dərhal cinayətin istintaqının aparılmasını və səbəbkarların məsuliyyətə cəlb edilməsini tələb edib. Teqlər : #Konqoda,#qəbilə,#müharibəsi,#gündə,#890,#nəfər,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misirdə qum fırtınası - 5 ölü, 29 yaralı Gürcüstanda qızılca xəstəliyi yayılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO