Meyvə-tərəvəz diabet riskini azaldır 10 İyul 2020 09:55 Sağlamlıq Meyvə və tərəvəz diabet yaranması riskini azaldır. Maide.Az "Sputnik" istinadla xəbər verir ki, bu nəticəyə Kembric universitetinin alimləri gəlib. Araşdırma iki mərhələdə aparılıb. Birinci mərhələdə alimlər meyvə və tərəvəzlərin tərkibində olan C vitamini və digər komponentlərin miqdarını öyrənib. İkinci mərhələdə isə alimlər iki qrup insan üzərində təhlil aparıb. Birinci qrupda olan şəxslərə ikinci tip diabet diaqnozu qoyulub. İkinci könüllülər qrupu isə sağlam şəxslər olub. Təcrübə müddətində bir qrup gün ərzində 274 qram meyvə-tərəvəz, ikinci qrup isə 508 qram meyvə-tərəvəz qəbul edib. Nəticələrlə müəyyən edilib ki, meyvə diabet yaranma riskini 25 faiz azaldır. "Vitamin əlavələri deyil, meyvə və tərəvəz istehlakı ikinci qrup diabetin profilaktikasında çox əhəmiyyətlidir" – deyə mütəxəssislər bildirib. Bununla yanaşı, alimlərin iddialarına görə taxıllı qidaların qəbul edilməsi də sağlamlıq üçün əhəmiyyətlidir. Teqlər : #Meyvətərəvəz,#diabet,#riski, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusa qarşı yeni dərmanlar tapılıb Tibbi hədislər: Yemişin faydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir