MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 108 dəfə pozub 19 Sentyabr 2015 01:00 Qarabağ xəbərləri Düşmən 60 millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə edib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 108 dəfə pozub. Müdafiə Nazirliyindən Maide.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 158 atəş zərbəsi endirib. Teqlər : #MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 108 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusu düşmən mövqelərinə 146 atəş zərbəsi endirib İSESKO Dağlıq Qarabağda keçirilən `seçkilər`i pisləyib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni