`Terroru törədənlər əmin olsunlar ki, çox ağır cavab alacaq` - Ayətullah Xamenei 24 Sentyabr 2018 01:00 Çıxışlar -- Dinc əhaliyə hücum etmək qorxaqlıqdır “Əhvazda törədilən terrorun arxasında ABŞ dayanır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri terrorçuları maliyələşdirir. Necə ki, Suriya və İraqda bu hücumları edirlər.” Maide.Az "Mehr" agentliyinə istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Cakartada keçirilən Asiya Oyunlarının medalçıları ilə görüşdə deyib. İran tərəfində terroru törədənlər və onların havadarları ilə bağlı artıq bəzi məlumatların olduğunu qeyd edən Ayətullah Xamenei dinc əhaliyə hücum edilməsini qorxaqlıq adlandırıb. “Bu acı hadisə bir daha onu göstərdi ki, İran xalqı düzgün yoldadır və çoxlu düşmənləri var. Terroru törədənlər əmin olsunlar ki, çox ağır cavab alacaqlar.” Görüşdə Ayətullah Xamenei idmançılara beynəlxalq yarışlarda uğur qazanmalarına görə öz təşəkkürünü bildirib. “Düşmənlər yarışlarda iranlı idmançıların uğurlarından qəzəblənir. Vətənə medalla dönənlər həqiqətən böyük iş görüb.” Ayətullah Xamenei iranlı idmançıların heç bir yarışda sionist rejimini təmsil edən rəqibləri ilə yarışmayacaqlarını bildirərək deyib ki, bəzən qəhrəmanlıq elə meydana çıxmamaqdır. “Biz inqilabdan sonra aparteid Cənubi Afrika və sionist rejimi tanımadıq və onlarla heç bir münasibətimiz olmadı. Aparteid Afrika rejimi bu gün süqut edib və artıq yoxdur. Sionist rejim də tezliklə süqut edib aradan gedəcək.” Teqlər : #`Terroru törədənlər əmin olsunlar ki,#çox ağır cavab alacaq` Ayətullah Xamenei, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xamenei: Qərb ölkələri ifşa olunacaqlarından qorxurlar -FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO