İtkilər və dağıntılar 26 Oktyabr 2020 14:45 Qarabağ xəbərləri Baş Prokurorluğun oktyabrın 26-sına olan hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən bəri 65 mülki şəxs şəhid olub, 297 nəfər xəsarət alıb, 2243 yaşayış evi, 90 çoxmənzilli bina, 402 mülki obyekt dağılıb. 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub. Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri (Kürdəmir, Qəbələ, Abşeron, Xızı, Siyəzən) atəşə tutur. Teqlər : #İtkilər,#və,#dağıntılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adı açıqlanıb Ermənistan SQ-nin açdığı artilleriya atəşi Daşkəsəndə meşə yanğınına səbəb olub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni