Doğma şəhəri oğlu Əli ilə vidalaşır - Foto

Dünya idmanının əfsanəsi, amerikalı boksçu Məhəmməd Əlinin nəşi dünən doğulduğu şəhərə, Kentukki ştatındakı Luisvillə aparılıb.
 
"Eastern Airlines" təyyarəsindən düşürülən tabut Qurani-Kərimdən ayələrin yazıldığı qara parçaya bükülmüşdü.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, ömrünün son 32 ilini Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli ötən həftənin şənbə günü Feniks şəhərindəki hospitalda vəfat edib.
 
Onun tənəffüsündə problemlər yaranmışdı.
 
Məhəmməd Əli ilə vidalaşma və əfsanəvi boksçunun dəfn mərasimi iyunun 10-da olacaq.
Peşəkar karyerası boyunca 61 döyüş keçirmiş Məhəmməd Əli 56 qələbəyə nail olub. Həmin qələbələrin 37-si nokautla əldə olunub.
 
Luisvilldəki İslam Mərkəzində Məhəmməd Əli ilə vida mərasimi artıq başlanıb. Boks əfsanəsinin ruhuna cənazə namazları qılınır, dualar oxunur. /
 
Doğma şəhəri oğlu Əli ilə vidalaşır - FOTO

Google+ WhatsApp ok.ru