Dondurmaya həvəs Quran Akademiyasını yaratmağa səbəb oldu – FOTO

Dondurmaya həvəs Quran Akademiyasını yaratmağa səbəb oldu – FOTO

Amerikalı uşaqda dondurmaya  həvəs onu Quran əzbərləməyə  və  böyüdükdən sonra isə  Nyu Yorkda  Quran Akademiyası yaratmağa səbəb olub. 
 
Maide.Az  makkahnewspaper.com  saytına istinadən xəbər verir ki,  Bilal  Məymun müsəlman ailədə  böyüyüb və 10 yaşında Quranı əzbərləməyə başlayıb.  
 
“Mən  məktəbdə təhsil  alırdım. Məktəbimizdə Quran dərsləri keçirilirdi, müəllimimiz bir xanım idi və bizi Quran surələrini əzbərləməyə həvəsləndirirdi. Biz uşaq olduğumuz uçün müəlliməmiz Quranın hər bir surəsini əzbərləyən uşağa  dondurma hədiyyə edirdi. Mən  dondurmanı çox sevirdim və buna görə, uşaqlıqdan Quran əzbərləməyə başladım.Lakin bir az böyüdükdən sonra İlahi Kəlamı əzbərləməyə özümün həvəsim var idi və Quranın əzbərlənməsini davam etdirdim”,-deyə Nyu Yorkda  Quran Akademiyasının təsisçisi Bilal Məymun  deyir. 
 
O deyib ki,  Nyu Yorkdakı müsəlmanlar  Quranın əzbərlənməsi və  düzgün anlaşılmasına çox önəm verir. “Elə buna görədə mən  Quran Akademiyasını təsis etmişəm. Bu günki həyatımızda  yeni texnologiyaların rolunu nəzərə alaraq, Qurani Kərimi əzbərləməyi asanlaşdırmaq məqsədi ilə  yeni proqram hazırlamışam. Hazırladığım proqramın adını Rəfiqul-Quran  qoymuşam”
 
 

Google+ WhatsApp ok.ru