İran rəsmilərinin olduğu avtomobil atəşə tutulub, 2 nəfər həlak olub

İran rəsmilərinin olduğu avtomobil atəşə tutulub, 2 nəfər həlak olub

İran parlamentinin  Qərbi İslamabad və Dalaho bölgəsindən  olan nümayəndəsi  Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.
 
Məlumata görə, “Pejo”  markalı  avtomobildə olan silahlı şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin  baytarlıq idarəsinin rəisi həyatını itirib.
 
Dalaho şəhər  bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq  təşkilatının sədri Fərzad Əfzəli isəyaralanıb. H.Fəlahətpişə  xəsarət almayıb.
 
Hazırda  hadisəni törədən şəxslərin axtarışı davam etdirilir. 
 
 

Google+ WhatsApp ok.ru