Donetskdə avtomobili partladılan azərbaycanlı iş adamı həlak olub 10 Oktyabr 2015 01:00 Dünya Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb. Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs 1954-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mamedov Oleq Nəsib oğludur. O. Mamedov oktyabrın 7-də axşam saatlarında Donetsk vilayəti ərazisindəki şose yolunda şəxsi avtomobili ilə hərəkət edərkən qumbaraatanla atəşə tutulub. Avtomobilin partlaması nəticəsində o, həlak olub. Onun meyiti Ukrayna əsgərlərinin müşayiəti ilə ərazidən çıxarılıb və Donetsk şəhəri ətrafında dəfn olunub. O. Mamedov 1980-90-cı illərdə Luqansk vilayətində kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb, son dövrlər isə şəxsi biznesi ilə məşğul imiş. Teqlər : #Donetskdə avtomobili partladılan azərbaycanlı iş adamı həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ankarada güclü partlayış baş verib - VİDEO Nyu-York metrosunda İslam təbliğat çarxı quraşdırılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO