Dörd gün işləyəcəyik?

Əmək Təşkilatı dördgünlük iş həftəsini daha faydalı sayır

Beynəlxalq Əmək Təşkilatı (BƏT) dördgünlük iş həftəsinə keçməyi təklif edib. Hələlik, bir çox biznesmen, o sıradan Google bu fikri dəstəkləyib.

 BƏT təmsilçisi Con Messenger bildirib ki, dördgünlük iş həftəsinə keçməyə bir neçə əsas var. Bu əsaslar sırasında emal işlərinin sağlamlığa təsiri, iş yerlərinin sayca artırmaq imkanı, eləcə də işdə az vaxt keçirən insanların özünü daha xoşbəxt hiss etməsi və daha məhsuldar çalışmasıdır. 

BƏT dördgünlük iş həftəsinə keçmək təklifi həm də ətraf mühitə daha yaxşı təsir göstərməsi, enerjiyə qənaət imkanı verməsi, iş yerinə gediş-gəlişin azalması ilə havanın çirklənməsinin azalması ilə bağlı verilib.

Ümumiyyətlə, BƏT-in fəaliyyəti dünya ölkələrində iş şəraitinin və həyatın daha da yaxşılaşdırılmasına, məşğulluğun həvəsləndirilməsinə, işçi qüvvəsi potensialının açılmasına və sosial qurumların inkişafına yönəlib.anspress/

Google+ WhatsApp ok.ru