İŞİD silahlıları Palmirada müsəlmanların iki müqəddəs ziyarətgahını dağıdıb

İŞİD terror qruplaşmasının silahlıları zəbt etdikləri qədim Palmira şəhərində müsəlmanların iki müqəddəs ziyarətgahını məhv ediblər.
 
Bu barədə “Əl Cəmhuriyyə” nəşri məlumat yayıb.   
 
Qeyd edək ki, iyunun 20-də İŞİD silahlıları  Palmira şəhərində bir neçə obyekti minalayıb.  
 
Suriyanın muzeylər və qədimi obyektlər üzrə idarəsinin baş direktoru Məmun Əbdül Kərim bildirib ki, silahlılar 3 gün əvvəl Məhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu, səhabəsi, 4-cü xəlifə  Əli ibn Əbu Talib ibadətgahını partladıblar. Qeyd olunan müqəddəs ziyarətgah dağ ərazisində, Palmiradan 4 rm aralıda yerləşən bu tarixi ibadətgah YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.     
 
Əbdül Kərimin sözlərinə görə, terrorçular həmçinin Palmiradakı qədim Roma qalıqlarından yarım kilometr aralıda yerləşən 500 il tarixi olan müsəlmanların daha bir  müqəddəs ziyarətgahını partladıblar.
 
İŞİD terrorçuları Palmiranı ələ keçirdikdən indiyədək  ümumilikdə 50-dən çox tarixi mədəniyyət abidələrini dağıdıblar. 

Google+ WhatsApp ok.ru