WikiLeaks: ABŞ Fransanın son üç prezidentini izləyib 24 İyun 2015 01:00 Dünya ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransanın son üç prezidenti barəsində kəşfiyyat fəaliyyəti aparıb. Bu barədə qalmaqallı ifşalarla məşhurlaşan “WikiLeaks” portalı məlumat yayıb. “WikiLeaks”-in əldə etdiyi məlumata əsasən, ABŞ xüsusi xidmət orqanları Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib. “Fransa xalqının bilməyə haqqı var ki, seçdiyi hökumət hesab etdiyi müttəfiqi tərəfindən düşməncəsinə izlənib. Biz bu məsələni işıqlandırmağa yardımçı olmuş Fransanın “Liberation” və “Mediapart” nəşrləri ilə əməkdaşlığımızla fəxr edirik. Fransalı oxucularımız yaxın günlərdə daha mühüm ifşalarla tanış olacaqlar”, deyə nəşr portalın təsisçisi Culian Assanjın bəyanatını sitat gətirib. Teqlər : #WikiLeaks: ABŞ Fransanın son üç prezidentini izləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi Qəzzaya raket-bomba zərbələri endirib İŞİD silahlıları Palmirada müsəlmanların iki müqəddəs ziyarətgahını dağıdıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO