İŞİD stadionu partlatdı (Fotolar)

İŞİD terrorçu qruplaşması İraqın Ramadi şəhərindəki Olimpiya Stadionunu partladıb.
Maide.az xəbər verir ki, terrorçu qruplaşma stadionu uçurmaq üçün 3,5 ton partlayıcı maddə istifadə edib.
Stadiona yerləşdirilən partlayıcılar uzaqdan idarəetmə aparatı ilə işə salınıb və stadion bir neçə saniyə içində yerlə bir olub.
30 min nəfərlik stadionun müharibədən sonra İraqın ən önəmli simvollarından birinə çevriləcəyi gözlənilirdi.
Məlumata görə, stadionun tikintisi üçün 100 milyon dollar xərclənib. /

Google+ WhatsApp ok.ru