İŞİD terrorçuları Həzrət Səkinənin (s.ə) məqbərəsini ələ keçirdiyini iddia edib - FOTO

Təkfirçi İŞİD terror təşkilatı İmam Əlinin (ə) qızı Həzrət Səkinənin (s.ə) türbəsini ələ keçirdiyini iddia edib.
 
Maide.az xəbər verir ki, təşkil olunan hücumlar nəticəsində hərəmin böyük bir hissəsinin ziyan gördüyü və məzarın da tamamilə viran olması ehtimalı irəli sürülür.
 
Suriyalı rəsmilər və rəsmi mənbələr hələlik məlumatı təsdiq etməyiblər.
 
Suriya ordusu könüllü xalq müqavimət qrupları 2 il əvvəl Həzrət Səkinənin (s.ə) türbəsini təkfirçi qruplardan geri almağı bacarmışdı.
 

Google+ WhatsApp ok.ru