Üç azərbaycanlı Kiyevin mərkəzində məmura atəş açdı

Bu gün Kiyevin mərkəzində (Ukrayna), Kreşatikdə (mərkəzi küçə) təqib və atışma qeydə alınıb.
 
Hadisə şahidlərinin məlumatına görə, cinayətkarlar avtomatdan hüquq-mühafizə orqanları əməkdaşlarını atəşə tutublar.
 
Bəzi məlumata görə, xüsusi əməliyyatda “Alfa” xüsusi təyinatlı dəstənin döyüşçüləri iştirak ediblər.
 
Tezliklə məlum olub ki, cinayətkarlar Ukrayna Ədliyyə Nazirliyinin əməkdaşını vurmaq istəyiblər.
 
Milisin adını gizli saxladığı mənbə “Fellini” restoranından çıxarkən onu restoranın girişində gözləyən cinayətkarların hücumuna məruz qalıb. 
 
Cinayətkarlar məmura atəş açaraq, onu bud nahiyəsindən yaralayıblar. Təcili xəstəxanaya çatdırılan məmurun həyatı üçün təhlükə yoxdur.
 
Sui-qəsddən sonra cinayətkarlar qaçıb gizlənməyə çalışıblar. Onların saxlanılması zamanı hərəkət etdikləri 2 avtomobildən dörd tapança və avtomat aşkarlanıb. Cinayətkarlar üç nəfər olublar – onların hamısı Azərbaycan vətəndaşlarıdır.

Google+ WhatsApp ok.ru