İŞİD terrorçuları Kərkükə hücum edib

İŞİD terror təşkilatı İraqın Kərkük şəhərinə bağlı Dubiz rayonu icra hakimiyyətini ələ keçirməyə cəhd göstərib. Baş verən qarşıdurmada 6 polisin öldüyün bildirilir.
 
Maide.az xəbər verir ki, Dubiz başçısı Abdullah Salehi açıqlamasında təşkilatın rayonda yerləşən hücrələrini hərəkətə keçirərək xaos yaratmaq istədiyini söyləyib. Salehi, İcra Hakimiyyət binasını ələ keçirmək istəyən təşkilatın öncə polisin yerləşdiyi nöqtələrə 2 intihar hücumu eydiyini, sonra qarşıdurmaların başladığını qeyd edib.
 
Elə 6 polis əməkdaşı da intihar hücumu zamanı ölüb. Salehi İcra Hakimiyyəti binası ətrafındakı digər terror təşkilat nümayəndələrini təhlükəsizlik qüvvələrinin mühasirəyə aldığını və qarşıdurmaların davam etdiyini sözlərinə əlavə edib.
 
Bu arada uzun müddət sonra İŞİD hücumuna məruz qalan rayondakı bir çox yolda  nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Əməliyyat üçün Kərkükdən bölgəyə əlavə qüvvələr göndərilib.

Google+ WhatsApp ok.ru