İŞİD terrorçularının əlində son model silahlar var

İraqın qərbində yerləşən əl-Anbar vilayətinin şura üzvü İŞİD terror təşkilatı üzvlərinin 2014-cü il istehsalı olan silahlara sahib olduqlarını və 67 ölkə vətəndaşının bu terror təşkilatında qruplaşdığını bildirdi.
 
Maide.az xəbər verir ki, şura üzvü Taha Abdul Qani, "düşmənlərimiz köhnə, dəbdən düşmüş silahlardan faydalanmırlar, əksinə, 2014-cü il istehsalı olan silahlara sahibdirlər", - deyib.
 
Əl-Anbar vilayətinin bezdirici bir müharibə mühitinə süründürüldüyünü deyən şura üzvü, məğlubiyyətə uğramış bəzi siyasətçilərin İraq ordusunu etnik və məzhəb mənşəli bir ordu olaraq göstərməyə çalışdıqlarını, ancaq bunun quyruqlu bir yalan olduğunu və ordunun qəti şəkildə məzhəbi fikirlərə malik olmadığını, ölkənin bütövlüyü və ümumi mənfəətlərini diqqətə aldıqlarını bildirib.

Google+ WhatsApp ok.ru