İŞİD terrorçularının basqını geri oturduldu

Maide.az xəbər verir ki, İŞİD terror təşkilatı son ayların ən qanlı cinayətini həyata keçirib. Belə ki, İraqın şimalında yaşayan kürd düşərgələrinə basqın edilib.
 
Bu barədə "New York Times" qəzeti xəbər yayıb.
 
Məlumata görə, 120 silahlıdan ibarət qruplarla terrorçular Başika ilə yanaşı, İraqın Narvan və Tal-Əsvad yaşayış məntəqələrinə hücum ediblər.
 
Məlumatda bildirilir ki, hücuma əsasən kürd döyüşçülərin (Peşmərgə) Başika düşərgəsindəki mövqeləri, Narvan və Tal-Asvad yaşayış məntəqələri məruz qalıb.
 
Hücumun qarşısı ABŞ rəhbərliyi altında koalisiyanın dəstəyi ilə alınıb.
 
Aviazərbələr nəticəsində təxminən 280 terrorçu öldürülüb. Toqquşmalarda kürdlər də onlarla döyüşçü itib.
 
ABŞ ordusunun generalı Mark Odom bunu 2015-ci ilin iyulundan bəri "İŞİD-in ən güclü basqını" adlandırıb.

Google+ WhatsApp ok.ru