Şeyx İbrahim Zəkzaki gözündən və çiynindən yaralanıb

Maide.az xəbər verir ki, Nigeriya İslami Hərəkatının üzvi Əbdülmömin Ceyva  ordunun şiələrin qətliam etməsi haqqında bildirib ki, ötən şənbə günü günorta Bəqiyyətullah (əc) hüseyniyyəsində Peyəmbərin (s) mövluduna hazırlıq görürdük ki, ordunun yaxınlaşdığını gördük. “Qərargah rəisi və onu müşaiyət edən qüvvələr  bizim yanımızdan keçib getdi. Iki saat sonra isə onlar geri döndü və qarşılarına çıxan hər kəsə atəş açmağa başladı”
Onun sözlərinə görə, hücum zamanı 300 nəfər şəhid oldu. “Şənbə günü axşam da əsgərlər şeyx İbrahim Zəkzakinin evinə hücum etdilər və yenədə qarşılarına çıxan şəxsləri güllələdilər.”
Ə. Ceyva deyib ki, bu hücumda da xeyli sayda insan şəhid oldu. “Ölənlərn cəsədləri naməlum istiqamətə aparıldı. Hələlik ölənlərin dəqiq sayı ilə bağlı statistika yoxdur”. 
Onun sözlərinə görə, Şeyx İbrahim Zəkzaki gözündən və çiynindən yaralanıb. “Hücum zamanı İ.Zəkzakinin oğlu və Nigeriya İslami Hərəkatın 4 üzvi də şəhid olub”. /
 
 

Google+ WhatsApp ok.ru