İŞİD terrorçuları qaçırdığı xristianlardan 19 nəfərini buraxdı

Mərkəzi Londondan yerləşən Suriya İnsan Haqları təşkilatı İŞİD terrorçularının Suriyanın şimal-şərqindəki Haseke ərazisində qaçırdığı təxminən 220 süryani xristianın 19-nu azad etdiyini deyib.
 
Maide.az xəbər verir ki, təşkilatın açıqlamasına görə, bazar günü 16 kişi və 3 qadın Hasekedəki Məryəm Ana kilsəsinə gəliblər.
 
İŞİD terrorçularının 19 süryanini pul qarşılığında sərbəst buraxdığı istiqamətində iddialar da var.
 
Sürya İnsan Haqları təşkilatı sərbəst buraxılan dustaqların İŞİD tərəfindən şəriət məhkəməsinə çıxarıldığını və müəyyən ödəniş qarşılığında sərbəst buraxılmaları qərarının çıxdığını söyləyib.
 
Xatırladaq ki, ötən həftə Haseke ətrafında kürd qüvvələri və İŞİD arasındakı münaqişələrin şiddətlənməsi zamanı İŞİD-in süryani kəndlərinə basqın təşkil etdiyi və aralarında çoxlu sayda qadın və uşağın da olduğu bir çox insanı qaçırdığı istiqamətində xəbərlər gəlmişdi.
 
İŞİD terror təşkilatı keçən ilin noyabr ayında da qaçırdığı xristianlardan hər birini 1700 dollar qarşılığında sərbəst buraxmışdı.

Google+ WhatsApp ok.ru