İŞİD Türkiyəni yeni terror aktları ilə təhdid edib

İŞİD terror qruplaşması və onun tərəfdarları Türkiyəni yeni terror aktları ilə təhdid edib.
 
Bu barədə terrorçuların sosial şəbəkələrdə aktivliyini araşdıran SITE ekspertləri bildirib.
 
Məlumata görə, qruplaşmanın müvafiq bəyanatı Türkiyənin terrorçuların mövqelərinə hava zərbələri endirməsindən sonra verilib.  
 
Qeyd edək ki, Türkiyə mətbuatının bundan əvvəl verdiyi xəbərə görə, ABŞ və Türkiyə arasında uzun sürən danışıqlardan sonra Vaşinqton Suriyanın şimalında 90 km-lik Türkiyə-Suriya sərhədi boyunca 50 km enində uçuşsuz bufer zonasının yaradılmasına razılıq verib. Bunun müqabilində Ankara ABŞ-a  “İncirlik” aviabazasından Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatların aparılması üçün istifadə etməyə icazə verib. 

Google+ WhatsApp ok.ru