Terrorçular 1200 raket atdı

Suriyada İdlibin Foa və Keferya qəsəbələri intensiv hücumların hədəfi olub.
 
Maide.az xəbər verir ki, terrorçu qruplar son bir neçə gündür Foa və Keferya hücumlarını artırıb və bu iki əraziyə cümə günü 1200-dən çox ağır top mərmisi və raket atıb.
 
Terrorçu qrupların Suriya ordusu və Hizbullahın Zəbədaniyə qarşı apardığı əməliyyatlara cavab tədbirləri məqsədilə hücum etdiyi Foa və Keferya qəzalarında irəliləyiş olmadığı bildirilib.
 
 Nusra rəhbərliyindəki Fəth Ordusu adlı terrorçu qrupların Cümə günü atdıqları qaubitsa və raket hücumlarında 5 adamın öldüyü bildirildi.

Google+ WhatsApp ok.ru