Dua edən müsəlman təyyarədən endirilib

Danimarkada dua etdiyi üçün bir sərnişinin şikayətinə məruz qalan müsəlman gənc təhlükəsizlik səbəbilə Kopenhagen-Paris təyyarəsindən endirilib.
 
Maide.az xəbər verir ki, Parisdəki terror hücumları nəticəsində Avropada yaranan paranoyya Danimarkada özünü göstərdi.
 
İsveçdə bir yarışmaya qoşulduqdan sonra Danimarkanın paytaxtı Kopenhagendən "Air France" təyyarəsi ilə Parisə, oradan da ölkəsi Mərakeşə qayıtmağa çalışan 20 yaşlı müsəlman gənc, təyyarə qalxmadan dua etdiyi və dini bir film izləməyə başladığı üçün Kastrup Hava Limanında təyyarədən endirilib.
 
Gənc bir sərnişinin şikayətindən sonra kapitan tərəfindən təyyarədən endirilib.
 
Kastrup Aeroportu Polis Mərkəzindən bildiriblər ki, axtarışdan sonra gəncin çantasında şübhəli əşyaya rast gəlinməyib.
 
Adı açıqlanmayan gəncin növbəti təyyarəylə ölkəsinə getdiyi bildirilib.

Google+ WhatsApp ok.ru