Dubayda baş verən yanğında 16 nəfər yaralanıb

Dubayda dünyanın ən yüksək göydələni olan Burç Xəlifənin yaxınlığında yerləşən
63 mərtəbəli 5 ulduzlu Address Hoteldə yanğın 4 saata söndürülüb. 
Maide.az Presstv-ə istinadən məlumat verir ki,  Yanğın 20 dəqiqə ərzində 63 mərtəbənin 20 mərtəbəsini əhatə edib. Yanğın bütün binanı əhatə etməzdən əvvəl oteldə qalan minlərlə turistin azad edilməsi böyük bir faciənin qarşısını alıb. Buna baxmayaraq 16 nəfər yaralanıb.  Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. /
 
 
 

Google+ WhatsApp ok.ru