SEPAH: Hörmüz boğazında ABŞ gəmisi yaxınlığına raket atılması barədə iddialar əsassızdır

ABŞ-ın təyyarə daşıyan gəmisinin yaxınlığına Hörmüz boğazında SEPAH-ın raket buraxmasına dair bu ölkənin iddiaları yalandır.
 
APA-nın İran bürosunun məlumatına görə, bunu  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib. 
 
O bildirib ki, ötən həftələr ərzində, xüsusilə ABŞ-ın iddia etdiyi vaxtda SEPAH Hörmüz boğazında və Fars körfəzində heç bir təlim və raket atışı həyata keçirməyib. 
 
R. Şərif deyib ki, bu kimi yalan xəbərlərin yayımlanması psixoloji müharibədir. 
 
Qeyd edək ki, NBC News adı çəkilməyən ABŞ hərbçisinə istinadən dekabrın 26-da ABŞ gəmisinin yaxınlığına raket düşdüyü barədə məlumat yayıb./

Google+ WhatsApp ok.ru