Dubayda dünyanın ən hündür göydələnlərindən biri yandı – VİDEO + FOTO

Dubayda şənbə gününə keçən gecə dünyanın ən hündür yaşayış göydələnlərindən biri olan “Məşəl”in (The Torch) 79-cu mərtəbəsində güclü yanğın baş verib, BBC xəbər verir.
 
İlkin olaraq alov 50-ci mərtəbədə görünüb, sonra isə külək atəşi binanın divarları üzrə yayıb.
 
Zərərçəkənlər haqqında informasiya daxil olmayıb. Göydələndən minlərlə sakinin təxliyyə edildiyi məlumdur. Alova bürünmüş binanı şahidlər “Batan Titanik” adlandırıblar.
 
“Məşəl” göydələni 2011-ci ildə tikilib, onun hündürlüyü 336,1 metrdir.
 

 

Google+ WhatsApp ok.ru