Somalidə ölkə rəsmilərinə qarşı terror aktı törədilib, bir deputat yaralanıb

Somali paytaxtında bir qrup nazirlər kabinetinin üzvünün və millət vəkillərinin cəm olduğu otellərin birində terror aktı törədilib.
 
Əvvəlcə minalanmış maşın otelin girəcəyində kamikadze tərəfindən partladılıb. Bunun ardınca otelin içərisinə daxil olan ikini kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
 
Bu barədə məlumatı yayan polis bildirib ki, ölüm faktı barədə ilkin məlumat yoxdur, lakin deputatlardan birinin xəsarət alması təsdiqlənib.
 
Terror aktının məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin, ölkədə tez-tez bənzər terror aktlarını törədən "əl-Şəbab" qruplaşması əsas şübhəli hesab olunur.İnterAz

Google+ WhatsApp ok.ru