İŞİD Ukraynada

Ukraynada İŞİD yaraqlıları aktiv fəaliyyətə başlayıb.
 
Axar.az Unian-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Vasili Qristsak yayıb.
 
Onun sözlərinə görə, İŞİD-in Ukraynadakı fəaliyyətinin genişlənməsinin qarşısını almaq üçün artıq ciddi tədbirlər görülür:
 
“Təəssüflə qeyd etməliyəm ki, son zamanlar İŞİD terror qruplaşmasının fəaliyyətinin aktivləşdiyini müşahidə edirik”.
 
Xatırladaq ki, bu yaxınlarda ölkə ərazisində aparılan istintaq tədbirləri nəticəsində İŞİD tərəfdarlarında silah-sursat aşkar edilib./
 

Google+ WhatsApp ok.ru