Səudiyyə Ərəbistan İraq sünnilərinin müftisinin Şeyx Nimrlə bağlı xahişini qəbul edib

Səudiyyə Ərəbistan İraqın sünnilərinin müftisi Şeyx Məhdi əs-Səmidinin  Şeyx Nimrin edamının dayandırılması ilə bağlı xahişini qəbul edib. Bunu İraqın Darul-Fatfasının sözçüsü Amir Bəyati deyib.
Maide.az alforatnews-a istinadən məlumat verir ki, Amir al-Bayati deyib ki, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr Şeyx Mehdi Səmidi ilə əlaqə saxlayıb və onu Ərəbistana səfər üçün dəvət edib. 
O deyib ki, Səudiyyə Ərəbistan İraq Darul – Fatvası ilə Şeyx Nimr haqqında danışıqlar aparacaq, Səudiyyə Ərəbistan tərəfi Şeyx Nimrin edamının dayandırılması ilə bağlı müsbət siqnallar veriblər. 
Qeyd edək kİ. İraq sünnilərinin müftisi Şeyx Məhdi əs-Səmidi bir müddət öncə demişdi ki, Ərəbistan kralı Salman bin Əbdüləziz mənim vasitəçiliyimlə ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqer ən-Nimrin ölüm hökmünü imzalamaqdan imtina edib.
Səudiyyə Ərəbistanın Ali Məhkəməsi oktyabr ayında Şeyx Nimrin edam hökmünü təsdiqləyib. 
Şeyx Nimrin qardaşı Məhəmməd Nimr deyib ki, Şeyx Nimrin edam hökmü təsdiqlənib və imzalanmaq üçün padşah dəftərxanasına göndərilib. /
 

Google+ WhatsApp ok.ru