Duma üzvü: Azərbaycanın Qərblə layihələri Rusiya üçün təhlükə törətmir 08 Aprel 2015 01:00 Dünya Azərbaycan ABŞ ilə münasibətlərinə görə Rusiya ilə əlaqələrini qurban verməyəcək, bununla belə, özü üçün mənfəətli olan Qərbin iqtisadi layihələrində iştirak imkanını da əldən verməyəcək. Trend-in "Vestnik Kavkaz"a istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədri Aleksey Puşkov deyib. Onun sözlərinə görə, bizim ümumi sərhədimiz, tarixən yaxın əlaqələrimiz var: "Rusiya və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur. Azərbaycan hökuməti bunu bilir və Rusiyanın qonşu ölkələrdə çevrilişlərdə deyil, sabit və balanslaşdırılmış siyasi proseslərdə maraqlı olmasından çıxış edir. Buna görə də Azərbaycanın Qərblə birgə iqtisadi layihələrində təhlükə olduğunu görmürəm. Mən Azərbaycanın Rusiya ilə münasibətləri üçün təhlükə görmürəm". A.Puşkov Azərbaycanın Qərb ölkələrinin iştirak etdiyi hər hansı layihədə olmasını Rusiya üçün mənfi hal hesab etmir: "Zənnimcə, ABŞ-ın Bakıdakı səfirliyinin fəaliyyəti, xüsusilə bu fəaliyyətin siyasi aspektləri bir sıra suallar doğurur. Çünki ABŞ-ın xarici siyasətindən "narıncı inqilab" mövzusunu heç kəs çıxarmayıb. Fikrimcə, ABŞ-ın bir sıra ölkələrdə "narıncı inqilab"lara kömək etməsi Azərbaycan rəhbərliyi tərəfindən nəzərə alınır. Buna görə də ABŞ ilə münasibətlər olduqca ziddiyyətli məsələdir". Teqlər : #Duma üzvü: Azərbaycanın Qərblə layihələri Rusiya üçün təhlükə törətmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şanxay Əməkdaşlıq Təşkilatı İrana üzvlük təklifi verəcək İmam cildinə girərək məsciddə qırğın törətdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO