Şanxay Əməkdaşlıq Təşkilatı İrana üzvlük təklifi verəcək

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvü ölkələrinin xarici işlər nazirlərinin İrana təşkilata üzv olması üçün təklif göndərəcəyi bildirilir.
 
Maide.az "Russia Today"a istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov təşkilat üzvü olan ölkələrin İrana üzvlük təklif edəcəklərini deyib. Lavrov, bu fikrin özünə aid olduğunu vurğulayıb.
 
Lavrov, "Qərb İrana sanksiyaları qaldırdıqdan sonra bu ölkənin ŞƏT üzvlüyü şansı haqqında nə düşündüyü" sualına isə "Fikirlərim yaxşı istiqamətdədir", - deyə cavab verib.
 
İranın nüvə proqramı mövzusundakı müqavilənin 30 iyuna qədər başa çatdırılacağı bildirilir. Aİ bu ölkəyə qarşı sanksiyalarını müqavilə imzalandıqdan sonra qaldıracağını açıqlayıb.

Google+ WhatsApp ok.ru