Dustaq məhkəmə zalından qaçdı - Bakıda 18 Sentyabr 2015 01:00 Hadisə Bakıda rayon məhkəmələrinin birində dustaq proses zamanı məhkəmə zalından qaçıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayon məhkəməsində olub. Sentyabrın 14-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə Bakı İstintaq Təcridxanasından gətirilən gənc dustaq Penitensiar Xidmətin əməkdaşlarının əlindən qaçıb. Sabunçu rayon məhkəməsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, məhkəmə zalından qaçan dustaq binanın həyətində tutulub. Penitensiar Xidmət rəhbərliyi hadisə barədə məlumatlandırılıb. Buna görə də xidmətin əməkdaşı Həsən adlı şəxsə töhmət verilib. / Teqlər : #Dustaq məhkəmə zalından qaçdı Bakıda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda yolun kənarında dayanan 4 piyadanı maşın vurub, onlardan 3-ü ölüb Sankt Peterburq yaxınlığında baş vermiş ağır qəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb